Teatr direktoru idarə rəisi təyin olundu - Nazirdən daha bir dəyişiklik + FOTO

img

04-03-2021 [10:58]


Ağdaş Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

Məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Səxavət Məmmədova həvalə olunub.

O, bu təyinatadək Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bir müddət əvvəl işdən çıxarılıb.

Xatırladaq ki, Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarını əhatə edir/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR