Türkiyə Gürcüstana vaksin verəcək? - Açıqlama

img

03-03-2021 [23:12]


“Gürcüstan və Türkiyə arasında pandemiya ilə mübarizə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Nazir Gürcüstanın peyvənd sahəsində Türkiyə ilə əməkdaşlıq edə biləcəyini qeyd edib:

“Bu gün vaksinlə bağlı problem var. Ümid edirəm ki, bu sahədə Türkiyə ilə əməkdaşlıq istiqamətində yaxın zamanlarda nəzərəçarpacaq nəticələr əldə olunacaq”.

Qeyd edək ki, Gürcüstana koronavirus əleyhinə vaksinin fevral ayında çatdırılacağı gözlənilsə də, proses ləngiyir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR