Nadim Raza: "Qarabağ Zəfəri eyni istəklə Pakistanda da qeyd olundu"

img

03-03-2021 [18:00]


“Sizinlə görüşməkdən böyük şərəf hissi duyuram və bu cür yerinə düşən görüş fürsətinə görə Sizə olduqca minnətdaram. Sizin və Azərbaycan xalqının 44 günlük müharibədə tam Qələbəsi münasibətilə Sizi öz adımdan, Pakistanın bütün Silahlı Qüvvələri və Pakistan xalqı adından təbrik etmək istərdim”.

Mia.az xəbər verir ki, bunu Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza martın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda qəbulunda olarkən söyləyib.

“Deməliyəm ki, Zəfəriniz eyni istəklə Pakistanda qeyd olundu. Buna görə, Zati-aliləri, cənab səfir hadisələrin gedişatı haqqında bizi daim məlumatlandırırdı. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları bizim kütləvi informasiya vasitələrində əsas başlıqla gedirdi. Bir daha tam Qələbəniz münasibətilə Sizi təbrik edirəm”, - general vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:59 21.04.2021

Rusiya ABŞ-a nota verib