Çavuşoğlu gürcü nazirlə görüşdə: ““3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir”

img

03-03-2021 [15:30]


Azərbaycanın təklif etdiyi “3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, “3+3” platformasının məqsədi logistik, iqtisadi, enerji sahələrindəki layihələrlə bağlı etibarlı addımlar atmaqdır.

“Biz bu məsələdə Gürcüstanın mövqeyinə hörmətlə yanaşırıq”, - deyə M. Çavuşoğlu vurğulayıb/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA