"Onların partiyadan uzaqlaşdırılacağını gözləyirəm" - Qocaman YAP-çıdan açıqlama
03-03-2021 [14:44]
Martin 5-də Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçiriləcəyi barədə məlumat yayılıb.
Mia.az -ın məlumatına görə, məsələ ilə bağlı Azvision.az –a açıqlama verən YAP-ın Siyasi Şurasının üzvü Şahlar Əsgərov deyib ki, növbəti qurultaydan sonra partiyada yeniliklərin olacağı gözləniləndir.
“Əlbəttə ki, partiya daxilində yeniliklərin olacağını gözləyirəm. Çünki müəyyən dəyişikliklərə ehtiyac yaranıb. O mənada ki, uzun illərin təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyasında təmsil olunan bəzi məmurların adları qalmaqallı məsələlərdə hallanır. İndi onların partiyada müəyyən vəzifələrdən kənarlaşdırılması, yaxud da ümumilikdə partiyadan uzaqlaşması gözlənilən haldır. Yəni bu, mənim şəxsi qənaətimdir. Bu nöqteyi-nəzərdən bəzi dəyişikliklər baş verə bilər.
Həmçinin Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən, Qarabağda zəfər qazandıqdan sonra partiyada bir daha gəncləşmə proseslərinə ehtiyac duyuldu. O mənada ki, 44 günlük Vətən müharibəsində iştirak edən xeyli sayda aktiv gənclərimiz oldu. Bu gənclər sırasında müharibədə uğurla döyüşüb, dövlətimizin medal və ordenlərini almış ictimai fəallar da az deyil. Həmin gənclərin partiya rəhbərliyində təmsil olunması mənim üçün arzuolunan haldır.
Bundan başqa, hazırda Qarabağa qayıdış proqramı prioritet məsələdir. Burada cəmiyyətin aktiv hissəsinin prosesdə hərəkətverici qüvvəyə çevrilməsini arzu edərdim. Artıq dövr, zaman dəyişib, yeni tələblər ortaya çıxıb. Yeni dövrün ictimai-siyasi, iqtisadi problemlərini dərindən bilən insanların partiyanın rəhbər orqanlarında təmsil olunmasını arzu edirəm”, – deyə Şahlar Əsgərov vurğulayıb.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb