İtaliya millisinin sabiq futbolçusu həbs olunub

img

03-03-2021 [14:30]


Məhkəmə marixuana kolu yetişdirdiyi üçün ötən ay həbs olunan İtaliya millisi və "Yuventus"un sabiq futbolçusu Luici Sartor barədə qərar verib.

"La Gazzetta dello Sport"un məlumatına görə, 46 yaşlı veteran müdafiəçi 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərarını dəyişməsə, Sartor keçmiş sevgilisinə qarşı pis rəftara görə 2015-ci ildə aldığı 9 aylıq şərti həbs cəzasını da çəkməli olacaq.

Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız İtaliya klublarının formasını geyinmiş Luici Sartor "Yuventus"la yanaşı, "İnter" və "Roma" kimi məşhur komandalarda da çıxış edib. O, yığmada 2 oyun keçirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR