Dövlət Neft Fondu “Şahdəniz” və "Azəri-Çıraq-Günəşli” yataqları ilə bağlı məlumat yaydı

img

03-03-2021 [11:38]


Bu ilin yanvar-fevral ayıarı ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən kondensatın satışından əldə olunan gəlirlər bir il ərzində 19,5 dəfə və ya 65,462 mln ABŞ dolları azalaraq 3,538 mln ABŞ dolları təşkil edib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondu məlumat yayıb.

Bildirilib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neftin satışından əldə olunan gəlirlər isə ötən ilin iki ayının göstəricisi ilə müqayisədə 430,457 mln ABŞ dolları və ya 42,8 % azalaraq 574,543 mln ABŞ dolları təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR