İtaliya Parlamenti Qarabağla bağlı yeni qətnamə qəbul etdi - Detallar
02-03-2021 [23:56]
Martın 2-də İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul olunmuş “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, sənəddə Ermənistan və Azərbaycan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq məqsədilə 9 noyabr tarixində Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən üçtərəfli Bəyanatın imzalandığı və Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə hər üç tərəfin nümayəndələri arasında, o cümlədən yüksək siyasi səviyyədə nəqliyyat və kommunikasiya mövzuları da daxil olmaqla bir neçə dəfə müzakirələrin keçirildiyi qeyd olunub.
Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyini, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığını bildirdiyi qeyd olunub, Azərbaycan tərəfində saxlanılan ermənilərin məhz 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra həbs olunduğu vurğulanıb.
Qətnamədə İtaliya hökumətindən BMT, ATƏT və Avropa İttifaqının 9 noyabr 2020-ci il tarixli Bəyanatın bütünlüklə icra olunmasına yönəlmiş təşəbbüslərini dəstəkləməsi və həbs edilmiş bütün müharibə əsirlərinin azad edilməsinə çağırış etməsi istənilib. Habelə İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuğu tədbirlərini təşviq etmək istiqamətində hər iki hökumətlə ikitərəfli səviyyədə də iş aparması tapşırılıb.
Qətnamədə, eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulub.
Xatırladaq ki, İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında 18 noyabr 2020-ci il tarixli qətnamədə 1993-cü ildən Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın digər ətraf yeddi rayonunu da işğal etdiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı qarşıdurmanın dayandırılması və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, eləcə də tərəflər arasında danışıqların başlanılmasına çağıran dörd qətnamənin qəbul edildiyi vurğulanıb və Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən 9 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanması alqışlanaraq tərəflər bu Bəyanatdan irəli gələn digər bütün öhdəliklərə əməl etməyə çağırılıb.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO