Şirvan şəhərində yeni nümunəvi məhəllənin açılışı oldu - FOTOLAR
02-03-2021 [20:45]
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Heydər Əliyev küçəsində yeni salınmış abad məhəllənin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işlərinin davamı olaraq, Novruz bayramına qədər hər çərşənbə axşamı abadlaşan yeni məhəllələrdən birinin açılışı nəzərdə tutulub. Artıq geridə qalan Su çərşənbəsində şəhərin Şirin Şükürov küçəsində sakinlərin təşəbbüsü ilə salınan yeni məhəllənin açılışı olub.
Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsi münasibətilə Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü və məhəllə sakinlərinin müraciətləri nəzərə alınaraq şəhərin Heydər Əliyev küçəsi 10 və 12 saylı yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilib və sakinlərin istifadəsinə verilib. Məhəllədə sakinlərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə yeni işıqlandırma sistemi, söhbətgahlar, oturacaqlar, uşaq-əyləncə qurğuları quraşdırılıb, əraziyə tamet tavalar döşənib, bardyurlar düzülüb, parkətrafı əraziyə asfalt örtük vurulub, ağacların əkilməsi üçün əraziyə münbit torpaq qatı verilib.
Açılışda Şəhər İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məhəllə sakinlərini Od çərşənbəsi və yeni məhəllənin açılışı münasibətilə təbrik edib və xoş arzularını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə edilən Qələbənin hər bir şəhər sakinində iftixar hissi doğurduğunu vurğulayan İlqar Abbasov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyib. Qeyd edib ki, cənab Prezidentin qərar və tapşırıqlarına uyğun olaraq, azad edilmiş torpaqlarımızda aparılan quruculuq və bərpa işləri şəhidlərimizin ruhunu şad edir. Həmçinin pandemiyanın tezliklə başa çatması üçün qəbul edilmiş qaydalara əməl edilməsini və sakinlərin vaksinləşmə kampaniyasında aktiv olmalarını tövsiyə edib.
Sonra Heydər Əliyev küçəsi 14,15,16 və 44 saylı binaların ətrafında aparılan abadlıq işləri ilə tanış olan İlqar Abbasov məhəllələrin abadlaşması işlərinin davam edəcəyini və şəhərimizin simasının daha da gözəlləşəcəyini bildirib.
Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə və könüllü gənclərlə birlikdə hər iki məhəllədə ağacəkmə aksiyasında iştirak edib. Məhəllə sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış olub və həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlərini verib. Sakinlər göstərilən diqqət və qayğıya, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən zəruri tədbirlərə, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Presidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq