ABŞ-dan rəsmi Moskvaya ard-arda yeni zərbələr -  Putinin yaxın ətrafındakı yüksək vəzifəlilər və 14 təşkilata sanksiya tətbiq olundu + SİYAHI

img

02-03-2021 [23:08]


ABŞ-ın Maliyyə Nazirliyi "Navalını işi"nə görə sanksiya tətbiq etdiyi rusiyalıların siyahısını dərc edib.

Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, ABŞ bu dəfə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikov, baş prokuror İqor Krasnov, müdafiə nazirinin müavini Pavel Popov, müdafiə nazirinin digər müavini Aleksey Krivoruçko, Kreml Administrasiyası rəhbərinin birinci müavini Sergey Kirienko və Kremlin Daxili Siyasət İdarəsinin rəhbəri Andrey Yarinin adlarını da "Qara siyahı"ya salıb.

Məlumata görə, bundan sonra ABŞ Rusiyaya yalnız zəruri hallarda humanitar yardım edəcək. 

***

ABŞ Ticarət Nazirliyi həbsdəki müxalif blogger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.

Bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu təşkilatlardan 13-ü ticarət şirkətidir, onlardan 9-u Rusiyada, 3-ü Almaniyada, biri isə İsveçrədə yerləşir.

“Bu şirkətlərin hamısı bioloji silahların və kimyəvi silah elementlərin istehsalının fərqli aspektlərində iştirak edir”, - deyə qeyd olunub.

Qeyd edək ki, bu gün Avropa İttifaqı A. Navalnı ilə bağlı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR