“OBA marketlər"də üstündə söyüş yazılan qadın corbaları satılır: "Mən bunu təxribat sayıram" - Şirkətdən açıqlama + FOTO

img

02-03-2021 [16:00]


“OBA” marketlər şəbəkəsi üzərində söyüş yazılan corabların satışı ilə bağlı xəbərə reaksiya verib.

Bu barədə “OBA” marketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları üzrə şöbə müdiri Fəzilət Səmədova Mia.az-a bildirib ki, son zamanlar dünya brendləri öz marka məhsullarının reklamı üçün fərqli yanaşmalar həyata keçirərək müxtəlif ifadələrdən istifadə edirlər: "Lakin “OBA” marketlər şəbəkəsində məhsullardan birinin üzərində belə ifadənin olması məqsədli şəkildə həyata keçirilməyib. Məlumat üçün bildirmək istəyirik ki, bəhs olunan qadın corablarının satışı "OBA" marketlər şəbəkəsində dayandırılıb".

***

“OBA” marketlər şəbəkəsində üzərində söyüş yazılan qadın corbaları satılır.

Corabların şəkilini feysbukda tanınmış yazar-tərcüməçi Nadir Qocabəyli paylaşıb

Paylaşılan şəkildə corabların üzərində İngilis dilində “fuck” yazıldığı açıq şəkildə görünür/Azinforum.az.

Yazar bildirib ki, çoxları üstündəki yazıya baxmadan alır, çoxu heç bu yazının mənasını da anlamır: "Mən olmasaydım, yoldaşım da fikir vermədən alacaqdı, artıq götürmüşdü. Üstündəki yazını göstərdim ki, söyüşdür və qoydu yerinə... Mən bunu təxribat sayıram. Qəsdən edirllər...".

Məsələyə marketlər şəbəkəsinin də mövqeyini əlavə etməyə hazırıq.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR