Neftçalada şəhid muzeyinin açılışı olub

img

02-03-2021 [12:51]


Dünən Neftçala rayon Kürqarabucaq kəndində şəhidimiz gizirimiz Ağasadığ Aslanovun ev muzeyinin açılışı olub. Şəhidin doğum gününə, 30 yaşının tamamına təsadüf edən açılışda millət vəkili Sabir Rüstəmxanlı, rayon rəhbərliyi, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Mia.az xəbər verir ki, şəhidin atası Xəlil kişinin öz həyətində tikib ərsəyə gətirdiyi muzeydə Ağasadıq Aslanov və Kürqarabucaq kəndinin digər şəhidlərinə aid fotolar,məlumatlar yerləşdirilib.

Açılışda rayon icra başçısı Mirhəsən Seyidov, millət vəkili Sabir Rüstəmxanlı və digər qonaqlar çıxış edərək şəhid Ağasadıq Aslanov və bütün Qarabağ şəhidləri haqda danışmış, onların xatirəsinin hər zaman uca tutulacağını bildrmişlər.

Çıxış edənlər şəhid Aslanov Ağasadıx Xəlil oğlunun eləcə də Neftçaladan vətən müharibəsi iştirakçılarının düşmənə qarşı göstərdikləri igidlik və qəhrəmanlıqlarından söhbət açıblae. Çıxışlarda şəhid atasının belə incə zövqlə oğlunun xatirəsinə yaratdığı muzey abidəsi həqiqətən çox tədqirəlayiq bir hadisə kimi dəyərləndirib . Belə muzeylərin Azərbaycanın hər bir bölgəsində yardılarsa bu gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və onların vətəndaş kimi yetişməsinə böyük təsir göstərən əsas amil rolunu oynaya biləəyi vurğulanlb . Şəhidin atası iştirakçılara öz minnətdarlığını bildirdi.

Daha sonra şəhidin məzarı ziyarət edilib.

Məlumat üçün bildirək ki, Aslanov Ağasadıq Xəlil oğlu 01.03.1991-ci il tarixində Neftçala rayonu Kürqarabucaq kəndində anadan olmuşdur. Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərmiş və qəhrəmancasına şəhid olmuşdur. 08.11.2020-ci il tarixində Kürqarabucaq kənd məzarlığında dəfn edilmişdir. Göstərdiyi igidliklərə görə “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medallarına layiq görülmüşdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR