Ucar rayon sakini Bakıda tutulub

img

01-03-2021 [14:51]


Bakıda mənzildən oğurluq edən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 30000 ABŞ dolları pul və 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR