Paşinyanın tərəfdarı olan deputat döyülüb

img

01-03-2021 [13:29]


Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Razılaşması Partiyasını parlamentdə təmsil edən “Mənim addımım” fraksiyasının deputatı Akop Aslanyan döyülüb.

“Sputnik Armeniya” xəbər verir ki, hadisə fevralın 26-da N.Paşinyanın istefası tələb ilə keçirilən mitinqdə baş verib.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı şəxsi saxlayıb. Məlumata görə, adı açıqlanmayan şəxs həmin tarixdə parlamentin binasından çıxarkən nəzarət-buraxılış məntəqəsində “Mənim addımım” fraksiyasının üzvlərini təhqir edib, deputatlardan birinin üzünə şillə vurub.

Onun barəsində cinayət işi açılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub