Televiziya və radioda monitorinqlər aparılacaq

img

01-03-2021 [11:50]


Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində dilçi alimlər, KİV əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, fərdi inkişaf mütəxəssisləri ilə görüş keçirilib. 

Məlumata görə, görüş zamanı müxtəlif sahələrdə ana dilinin saflığının qorunması məqsədilə təşkil olunacaq təlimlər və birgə əməkdaşlıq barədə müzakirələr aparılıb. 

Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva keçiriləcək təlimlərin məqsədindən danışıb. O bildirib ki, təlimlərin əsas məqsədi ədəbi dil normalarının qorunması, televiziya və radio aparıcılarının nitqlərindəki qüsurların aradan qaldırılması və saytların dilinin təkmilləşdirilməsinə nail olmaqdır: "Saytlarda apardığımız monitorinqlər yekunlaşıb. Yaxın zamanda nəticələr açıqlanacaq. Monitorinqlərə görə, saytlarda 5000-dən artıq dil faktı aşkarlamışıq. Bütün sahələrdə olduğu kimi, mətbuatda da problemlər var. Daha sonra televiziya və radioda monitorinqlərə başlayacağıq"/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR