Xalq artisti: "Eldar Mansurov kimi yetişməyimdə belə şeylərin böyük rolu olub..." - FOTOLAR
28-02-2021 [14:23]
Canı, qanı, bütün varlığı ilə musiqiyə bağlı olan, sənətlə yaşayan dəyərli bəstəkar, “Yeddi gözəl” rok-operasının, “Kleopatra” və “Olimp” kimi rok-baletlərin, 5 simfoniyanın, “Mahur-hindi” simfonik muğamının, bir çox simfonik, kamera və xor əsərlərinin, minlərlə mahnı və instrumental musiqinin, ən nəhayət, sorağı dünyanın 70-dən artıq ölkəsindən gələn “Bayatılar”ın müəllifi, Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü ELDAR MANSUROVun doğum günüdür.
Təbrik edir, can sağlığı, uzun, sağlıqlı ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində dünyaya gəlib.
Məşədi Məlik bəy Mansurovun nəticəsi, Məşədi Süleyman bəy Mansurovun nəvəsidir.
Atası Bəhram Mansurov da tanınmış tarzən olub.
1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.
Çox sevilən bəstəkarımız bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. Onun ən sevilən bəstəsi isə “Bayatılar”dır. 1989-cu ildə Briliant Dadaşovanın ifa etdiyi mahnı sonradan dünyanın bir çox ölkəsində - Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.
Eldar Mansurovun sevilən əsəri onun "Bəhramnamə"sidir. Əsər onun atası, məşhur tarzən Bəhram Mansurovun əziz xatirəsinə həsr olunub. Zəmanəsinin ən görkəmli ifaçılarından olan Bəhram Mansurov muğamlarımızı dünyaya tanıtdıran ilk musiqiçidir. Eldar Mansurov uzun illər təkcə bəstəkarlıqla yox, həm də muğamlarımızın tarixi və nəzəriyyəsi ilə də məşğul olub. O, elmi məqalələr yazmaqla yanaşı, 10 ildən çox atası Bəhram Mansurovun tarda ifasından bütün muğamları, qədim dəraməd, rəng, diringə, təsnif və bir çox el havalarını nota salıb. Eldar Mansurov 30 ildən çox nəslinin tarixi ilə də maraqlanıb. Arxivlərdə, muzeylərdə, kitabxanalarda bir çox əlyazmaları və tarixi sənədləri tədqiq edib, XVII əsrin əvvəllərindən bu günümüzə qədər əslən bakılı olan Mansurovlar nəslinin tarixini yazıb.
O dahi bəstəkar olmaqla yanaşı, Azərbaycanda estrada musiqisinin yaradıcısıdır. Bundan əlavə, onun Azərbaycanın kino və teatr tarixinə də əvəzsiz xidmətləri olub. Azərbaycanda pop musiqinin təməlini qoyan Eldar Mansurov çoxlu sənətçi yetişdirib.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Ailəlidir, 2 oğlu var.
Eldar Mansurov: "Ğözümü açandan muğam, tar səsi eşitmişəm. Özümü dərk etdiyim vaxtdan musiqi canıma, qanıma hopub. Bizim evdə hamı musiqi alətində ifa etməyi bacarırdı. Anamla atam tar məktəbində tanış olublar. İllər keçdikdən sonra biz övladları da hərəmiz musiqinin bir sahəsinə meyil göstərdik. Mən pianonu seçdim, bəstəkar oldum.
Xoşbəxt adamam ki, evimizdə Seyid Şuşinski, Fikrət Əmirov, Qurban Pirimov, Mirzə Mansur, Yavər Kələntərli, Əlövsət Sadıqov kimi böyük sənətkarları görmüşəm. Ailənin ilki olduğuma görə, ad günlərim təmtəraqlı keçirdi. On altı kvadratmetrlik otağımıza 30-40 nəfər adam yığışırdı.
Bəlkə də həmin dövrün tanınmış elə musiqiçisi yoxdur ki, vaxtilə bizim evdə olmasın. Evimizə qonaq gələndə atam bizi divanda oturdurdu və deyirdi ki, qulaq asın. Mənim Eldar Mansurov kimi yetişməyimdə belə şeylərin böyük rolu olub...
Fəxr edirəm ki, hər il yaşımın üstünə daha bir yaş gəlir. Kaşkilər və bəlkələrlə yaşamıram. İnsan yaşa dolduqca düşüncələri, hadisələrə baxışı dəyişir. Heç bir şey təsadüfü yaşanmır.
Ümumiyyətlə, xaraktercə çox realistəm. Bəzən acı olsa da, həqiqətləri tamlığıyla qəbul edirəm. Heç vaxt olmayacaqların arxasınca baxmamışam.
Qəlbimiz həmişə sevgi ilə döyünməlidir. Başlıcası həyatı sevməlisən. Anaya, ataya, qadına, övlada, nəvələrə, dostlara və Vətənə olan sevgi həyat eşqinin hissəcikləridir. Yaşamaq istəyirsənsə, dünya da gözündə gözəlləşəcək..."
Sizə arzuladığınız daha gözəl həyat, can sağlığı, həmişə sevgi, həyat eşqi ilə dolu günlər yaşamağı arzulayırıq, Eldar müəllim!
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"