18 yaşlı tələbə və 20 yaşlı gənc özünü öldürdü - İntihar

img

27-02-2021 [23:49]


Qəbələ rayonunda intihar hadisəsi qeydə alınıb.

Hadisə Zərgərli kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini ailə üzvləri aşkarlayıb.

Qeyd edək ki, 18 yaşlı S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır/Report.

***

Abşeron rayonunda gənc oğlan intihar edib.

Hadisə Ceyranbatan qəsəbəsində baş verib.

Belə ki, 20 yaşlı M.Məmmədhəsənov özünü yaşadığı evdə asıb. İntiharın dəqiq səbəbi məlum deyil.

Bununla belə, onun bir neçə gün əvvəl sevdiyi qızdan ayrıldığı, bu gün isə qızın başqası ilə nişanlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR