Azərbaycan könüllüləri Xocalı soyqırımı ilə bağlı bəyanat verib
26-02-2021 [16:47]
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqı bəyanat yayıb.Bəyanatın əsas məqsədi erməni terrorçularının törətdiyi Xocalı soyqırımının tanınması ilə bağlı görülən işlərə dair ictimaiyyətə ətraflı məlumat vermək, bu qanlı cinayətə hüquqi və siyasi qiymət verilməsinə nail olmaq, bu məqsədlə bütün könüllüləri və vətəndaşları səfərbər etməkdir.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
“Ölkədə fəaliyyət göstərən minlərlə könüllü adından Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri – Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması, qan tariximizin gənc nəsil arasında təbliği və Xocalı soyqırımı qurbanlarının daim yad edilməsi ilə bağlı aşağıdakıları bəyan edirik:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət” kampaniyasına qoşularaq, cəmiyyətimizi, xüsusilə də gənc nəsli cinayətkar xislətli erməni millətçilərinin XX əsrin sonunda bütün dünyanın gözü qarşısında Xocalı şəhərində xalqımıza qarşı törətdiyi soyqırımı haqqında maarifləndirmək hər bir könüllünün vəzifəsi olacaqdır!
Bir gecədə sırf azərbaycanlı olduğuna görə yüzlərlə dinc insanı amansızcasına qətl edən, minlərlə insana sağalmaz fiziki və psixoloji iztirab yaşadan və bunu dəfələrlə öz müsahibələrində, çıxışlarında vicdan əzabı çəkmədən və hətta fəxrlə etiraf edən Robert Köçəryan, Seyran Ohanyan, Serj Sarkisyan, Zori Balayan, Vitali Balasanyan və onlarla əlbir olan bütün cinayətkarlar dünya ictimaiyyətinə tanıdılacaqdır!
İştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə, seminarlarda, görüşlərdə, xarici ölkələrə səfərlərdə, xarici həmyaşıdlarımızla təmaslarda Xocalı həqiqətlərini çatdıracaq, bu qanlı cinayətin müəlliflərinin ifşa edilməsi üçün mümkün olan hər şeyi edəcəyik!
Bütün xarici dostlarımızı, təmsil olunduğumuz regional və beynəlxalq platforma və təşkilatları Xocalı soyqırımının tanınması, erməni cinayətlərinin pislənməsi və soyqırımı qurbanlarının dəstəklənməsi ilə bağlı bəyanatlar verməyə çağıracağıq!
Ermənistan hərbi-siyasi rəhbərliyində olan insanların XX əsrin sonunda Avropa qitəsində soyqırımı cinayətinin təşkilatçısı və icraçısı olduğunu, bu ölkədə terrorun dövlət siyasətinin ayrılmaz parçası olduğunu və Azərbaycan xalqına qarşı son 30 ildə sistemli və ardıcıl olaraq cinayət törədildiyini ifşa edəcəyik!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz Vətən müharibəsində tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu gün tarixi ədalətin bərqərar olması naminə Xocalı qətliamının təşkilatçıları və icraçıları da məhkəmə qarşısında dayanmalı, törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Bunu tələb etmək hər bir vicdanlı insanın mənəvi borcudur!
Xocalı soyqırımı qurbanlarının dəstəklənməsi, cinayətkarların beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb olunması naminə milliyyətindən, dinindən, cinsindən və yaşından asılı olmayaraq, bəşəri dəyərlər və humanizm prinsiplərinə sadiq olan hər kəsi “Xocalıya Ədalət” Kampaniyasına qoşulmağa, Kampaniyanın sosial şəbəkə səhifələrində fəal olmağa çağırırıq!
Biz birlikdə güclüyük!”
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib