Azərbaycanda daha 219 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

26-02-2021 [15:48]


Azərbaycanda koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib. Hazırda 2 297 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6908, bu günə qədər isə ümumilikdə 2 583 362 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR