Avropa Liqası: “Ayaks”, “Şaxtyor", “Vilyarreal”, “Reyncers”, “Molde” növbəti tura vəsiqə qazandı

img

25-02-2021 [23:57]


UEFA Avropa Liqasının 1/16 final mərhələsində növbəti cavab oyunları keçirilib.

Məlumata görə, 1/8 finala daha 7 vəsiqənin sahibi müəyyənləşib.

Niderlandın "Ayaks", İspaniyanın "Vilyarreal" və "Qranada", Ukraynanın "Şaxtyor" (Donetsk), Norveçin "Molde", Şotlandiyanın "Reyncers" və İngiltərənin "Arsenal" komandaları növbəti mərhələyə adlayıblar.

Bu raundun digər 8 oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

21:55. “Ayaks” (Niderland) - “Lill” (Fransa) - 2:1

Qollar: Devi Klassen, 15, David Neres, 88 - Yusuf Yazıcı, 78 (penalti)

İlk oyun - 2:1

21:55. “Şaxtyor (Donetsk, Ukrayna) - "Makkabi” (Təl-Əviv, İsrail) - 1:0

Qol: Junior Moraes, 67 (penalti)

İlk oyun - 2:0

21:55. “Napoli” (İtaliya) - “Qranada” (İspaniya) - 2:1

Qollar: Pyotr Zelinski, 3, Fabian Ruis, 59 - Anxel Montoro, 25

İlk oyun - 0:2

21:55. "Hoffenhaym" (Almaniya) - “Molde” (Norveç) - 0:2

Qollar: Eyrik Ulland Andersen, 20, 90+5

İlk oyun - 3:3

21:55. “Vilyarreal” (İspaniya) - "Zaltsburq” (Avstriya) - 2:1

Qollar: Jerar Moreno Balagero, 40, 89 (penalti) - Mergim Berişa, 17

İlk oyun - 2:0

21:55. “Reyncers” (Şotlandiya) - "Antverpen” (Belçika) - 5:2

Qollar: Alfredo Morelos, 9, Natan Patterson, 46, Rayan Kent, 55, Borna Barişiç, Sedrik İtten, 90+2 (penalti) - Lior Refaelov, 32, Didye Lamkel Ze, 57

İlk oyun - 4:3

21:55. “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya) - 3:2

Qollar: Pyer-Emerik Obameyanq, 21, 87, Kiran Tirni, 67, - Dioqu Qonsalveş, 43, Rafa Silva, 61

İlk oyun - 1:1

Qeyd edək ki, 1/8 finalın ilk iştirakçısı artıq bəllidir. Ötən gün İngiltərədə Avstriyanın "Volfsberq" komandasını 4:0 hesabı ilə məğlub edən "Tottenhem" iki görüşün nəticəsinə (8:1) əsasən, adını növbəti raunda yazdırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR