Moldovada Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri: xeyli ölkənin diplomat və deputatları mərasimə qatıldı - FOTOLAR
25-02-2021 [20:25]
Bu gün Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi və Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə paytaxt Kişineuda yerləşən “Time” otelinin konfrans zalında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Mia.az xəbər verir ki, tədbir Moldovada tətbiq edilən karantin qaydalarının tələblərinə uyğun olaraq təşkil edilib.
Tədbir Xocalı qətliamına həsr edilmiş qısametrajlı sənədli filmin nümayişi ilə başlayıb.
Tədbirdə Moldova parlamentinin Demokratiya partiyası fraksiyasının sədri Dmitri Diakov, Sosialistlər partiyasının deputatları Odnostalko Vladimir və Nikita Çurkan, Moldovanın Effektiv Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitaliy Andriyevski, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə Bolqarıstanın səfiri, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna, Belarusiya Səfirliklərinin diplomatları, ölkədə yaşayan türk, yəhudi, gürcü və digər icmaların nümayəndələri, azərbaycanlı və yerli tələbələr, eləcə də bir sıra Moldova KİV-in nümayəndələri iştirak ediblər.
Tədbirdə deputat D.Diakov çıxış edərək, ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini pisləmiş, xalqların birgə sülh içində yaşayışının önəmindən danışmış, Moldovanın ərazi bütövlüyü məsələsinə toxunaraq xalqlarımızın oxşar faciələr yaşadığını qeyd etmiş, qətliamın kədərlə yad edilməsində həmrəylik nümayiş etdirmişdir.
Tədbir zamanı politoloq V.Andriyevski öz çıxışında Moldovanın nüfuzlu ava.md xəbər səhifəsində Xocalıya dair məqaləsinin dərc edildiyini diqqətə çatdırmış ( https://ava.md/2021/02/25/pomnit-dobivat-sya-spravedlivosti-ne-mstit/ ), gənc nəslin Xocalı soyqırımını unutmamalı olduğunu və moldova xalqının insanlıq əleyhinə törədilən cinayətə qarşı azərbaycanlılarla həmfikir olduğunu bildirmiş, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın ötən illər ərzində istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə uğurlu inkişafına istinad edərək ölkəmizin ermənilər tərəfindən xarabalığa çevrilmiş bölgələrin sürətlə abadlaşdıracağını dilə gətirmişdir.
Tarixçi, həmçinin Azərbaycanın liderinin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş rayonlarımızda müxtəlif irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayaraq, bu ərazilərdə yaşayacaq azərbaycanlılarla yanaşı, ermənilərin də rifahının yüksələcəyini bildirmişdir. Bunun oxşar münaqişələr yaşayan xalqlar üçün örnək olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbir çərçivəsində deputat V.Odnostalko çıxış edərək insan amilinin hər şeydən önəmli olduğunu diqqətə çatdırmış, Xocalı faciəsinin şəxsi maraqlar naminə siyasətdə atılan səhv addımların nəticəsi olduğunu və Moldovadakı azərbaycanlı icmasının burada yaşayan digər xalqlarla birgə dinc yaşayışının örnək olduğunu vurğulamışdır.
Anım tədbirində çıxış edən yəhudiəsilli deputat N.Çurkan yəhudilərə qarşı Holokost qətliamını xatırlayaraq bir xalqa qarşı törədilmiş genosidin dəhşətlərilə tanış olduğunu bildirmiş, keçmiş nəsillərdən qalan tarixi dəlillərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd etmiş, ölkə daxilində birlikdə yaşayan xalqların bir-birinə hörmət etməli olduğunu, yalnız bundan sonra sülhə nail olmağın mümkünlüyünü diqqətə çatdırmışdır.
Yekun nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirmiş, Xocalı qətliamına dair həqiqətləri iştirakçıların diqqətinə çatdırmış, bu faciənin insanlıq əleyhinə törədilmiş ən ağrılı cinayətlərdən biri olduğunu bildirmiş və ermənilərin tarix boyu Dağlıq Qarabağla bağlı apardıqları təxribatçı siyasətdən danışmışdır.
Bundan əlavə, tədbirdə Türkiyə Səfirliyinin əməkdaşı öz nitqində “iki millət, bir dövlət” şüarına istinad edərək qardaş Türkiyənin ölkəmizin hər zaman yanında olduğunu vurğulamışdır.
Eyni zamanda, MAK-ın sədri Elçin Bayramov, vətənpərvər diaspor üzvləri Maarif Rəhimov, Yasin Seyidov və Ramiz Ansarov azərbaycan, rus və rumın dillərində çıxışlar edərək Xocalı həqiqətlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Yekun olaraq tədbirdə Xocalıda baş verən faciənin Moldova Respublikasının parlamenti tərəfindən soyqırım olaraq tanınması üçün müvafiq müraciət ünvanlanmasına dair qərar verilmişdir.
Sonda Xocalıda və Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinə dualar oxunmuş, faciə qurbanlarına həsr edilmiş foto-şəkillərdən ibarət güşənin önünə tədbir iştirakçıları tərəfindən gül dəstələri qoyulmuşdu.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"