Azay Quliyev ATƏT PA-nın iclasında: "Bu cinayətkarlar layiqincə cəzalandırılmalıdır"
25-02-2021 [19:46]
ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam edir.
Mia.az xəbər verir ki, qurumun 3 Daimi Komitəsinin bu gün keçirilən birgə iclası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev XX əsrin ən dəhşətli və qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib.
O deyib ki, fevralın 26-da Azərbaycan xalqı dərin hüzn və kədərlə bu faciəli hadisənin 29-cu
ildönümünü qeyd edəcək.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, 26 fevral 1992-ci ildə Ermənistan
silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas şəhərlərindən biri olan Xocalıda qırğın törədib: "Bu dəhşətli soyqırımı aktı nəticəsində, yalnız etnik mənşəyinə görə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla ümumilikdə 613 azərbaycanlı mülki şəxs vəhşicəsinə qətlə yetirilib. Bu günə qədər 16 dövlət və 22 ABŞ ştatı Ermənistanın törətdiyi bu vəhşiliyi soyqırımı aktı kimi tanıyır və bu rəqəm ilbəil artmaqdadır".
ATƏT PA-nın vitse-prezidenti toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın Baş
Prokurorluğu bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün bütün lazımi sübut və dəlilləri toplayıb, lakin təəssüf ki, beynəlxalq dəstəyin olmaması səbəbindən bu şəxslər cəzasız qalmaqla yanaşı, həm də yaxın keçmişə kimi Ermənistanda yüksək dövlət vəzifələrini tutublar.
A.Quliyev ayrı-ayrı ölkələri, ATƏT-i və digər müvafiq beynəlxalq qurumları bu soyqırımı aktını pisləməyə və bu cinayətkarların layiqincə cəzalandırılmasını dəstəkləyərək insanlıq və ortaq dəyərlərimiz naminə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırıb.
ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri senator Benjamin Kardinin ATƏT-in Minsk Qrupunun gələcək işinin mümkün istıqamətlərinə dair sualına cavab olaraq A.Quliyev bildirib ki, həmsədrlərin fəaliyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan sülh, sabitlik və əməkdaşlıq vizyonunun həyata keçirilməsinə yönəldilməlidir. Həmsədrlər beynəlxalq ictimaiyyətin münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə yardım və dəstəyini səfərbər etməlidirlər.
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama