Ceyhun Bayramov İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib - Müzakirə + FOTO

img

25-02-2021 [19:26]


Xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib.

Mia.az XİN-ə istinadla xəbər verir ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR