Rəsmi Bakı Lüksemburqun xarici işlər nazirinin BMT-dəki çıxışına cavab verdi: "Bu, heç kimsəyə baş ucalığı gətirməz"
25-02-2021 [12:26]
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburq xarici işlər nazirinin BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.
Nazirliyin Mətbuat xidməti idarəsindən Mia.az-a bildirilib ki, fevralın 24-də Lüksemburq xarici işlər və Avropa məsələləri üzrə naziri Jan Asselbornun BMT İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı “Azərbaycan Dağlıq Qarabağda çoxlu dağıntılara səbəb olan hərbi hücumda və Türkiyəni onu dəstəkləməkdə” ittiham etməsi bu dövlət rəsmisinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir:
"Özünü insan hüquqları keşikçisi kimi qələmə verməyə çalışan Jan Asselborn, Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayıb, bu ərazilərdə qanlı etnik təmizləmə həyata keçirərkən, 1 milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozarkən nə səbəbdən bu məsələni bir dəfə də olsun BMT İnsan Hüquqları Şurasında və ya digər müvafiq beynəlxalq platformada qaldırmayıb?
Bəlkə Lüksemburq XİN-in Ermənistanın 27 sentyabr tarixində əl atdığı növbəti hərbi təxribat nəticəsində başlayan hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə döyüş əməliyyatları zonasından uzaqda yerləşən mülki insanları hədəfə aldığı, 100-dən çox günahsız azərbaycanlını qətlə yetirdiyi barədə məlumatı yoxdur?
İnsan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimsəyə, o cümlədən Lüksemburq xarici işlər nazirinə baş ucalığı gətirməz".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"