"Araz Supermarket"in Azərbaycana gətirdiyi 20 tondan çox soğanda təhlükəli xəstəlik aşkarlanıb

img

25-02-2021 [11:33]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Mia.az AQTA-ya istinadla xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri zamanı Agentliyin müfəttişləri tərəfindən "Araz Supermarket" MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 20.58 ton soğan məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində soğan məhsullarında karantin tətbiq edilməyən zərərli orqanizm Aspergillus niger (qara kiflilik) aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub