"Azercell" "TikTok" istifadəçiləri üçün xüsusi internet paketi təqdim edib

img

25-02-2021 [10:30]


Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" şirkəti "TikTok" istifadəçiləri üçün xüsusi internet paketini təqdim edib.

Şirkətdən  verilən məlumata görə, paket çərçivəsində həm fakturalı, həm də fakturasız istehlakçı seqment abunəçilərinə "TikTok" tətbiqində 1GB internet 2 manata təqdim olunur.

Qeyd edək ki, "App Annie" analitik şirkətinin apardığı hesablamalara görə, "TikTok" 2020-ci ildə ən çox yüklənən tətbiq olub. İkinci və üçüncü yerləri "Facebook" və "WhatsApp" tutub. "Zoom" və "Instagram" tətbiqləri də ilk beşlikdə yer alıb.

İl ərzində istifadəçi xərclərində görə birinci yerdə "Tinder" tanışlıq tətbiqi, ikinci "TikTok", üçüncü isə "YouTube" olub. Bundan başqa, ilk beşliyə "Disney+" və "Tencent Video" yayım xidmətləri daxil idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR