Sahib Məmmədov sədr, onlar müavin seçildi - Daha bir komitədə İctimai Şura yaradıldı + FOTO

img

24-02-2021 [17:19]


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yaradılan İctimai şuranın yeni heyətinin üzvləri ilə görüş keçirilib.

Mia.az xəbər verir ki, görüşdə ilk olaraq, Dövlət Komitəsinin sədr müavini, İctimai şuraya şeçkilər üzrə Komissiyanın sədri Sədaqət Qəhrəmanovanın seçkinin yekunlarına dair məlumatı dinlənilib.

Sonra gündəliyin əsas məsələləri müzakirə olunub.

Heyət üzvləri arasında “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq şuranın sədri, onun müavinləri və şuranın katibi vəzifələrinə seçilmək üçün səsvermə keçirilib.

İki il müddətinə fəaliyyət göstərəcək İctimai şuraya üzvlər arasından səs çoxluğu ilə Sahib Məmmədov (Vətəndaşların əmək hüquqlarını müdafiə liqası) şuranın sədri, Mehriban Zeynalova (“Təmiz Dünya” Qadınlara Yardım İB) və Rahilə Mehtiyeva (“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB) şuranın sədr müavinləri və Kəmalə Aşumova (Ümidli Gələcək Sosial Təşəbbüslər İB) şuranın katibi seçilblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR