"Sahibə Qafarova özündən əvvəlki spikerlərin səhvini təkrarlayır" - Politoloqdan spikerlə deputatlar arasındakı dialoqa şərh
23-02-2021 [23:55]
"Milli Məclisin sədri Sahibə Qafarova özündən əvvəlki spikerlərin səhvini təkrarlayır. Fikrimcə, spiker hər deputatın çıxışındakı etiraza reaksiya verməli deyil. Misal üçün bugünkü plenar iclasda deputat Azay Quliyev döyüş bölgəsində qulluq edən hərbi qulluqçulara ikiqat pul verildiyini, ancaq yaranmış yeni situasiya ilə əlaqədar ödənişlərin fərqli şəkildə həyata keçirilməsindən bəhs edib".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu feysbuk-dakı səhifəsində yazıb.
O bildirib ki, bu mövzu deputatlarla yanaşı, sıravi vətəndaşları da narahat edir, çoxluğun fikri belədir ki, ağır şəraitdə qulluq edən həbrçilərin maaşlarını azaltmaq olmaz:
"Sahibə Qafarova isə Azay Quliyevin çıxışına belə reaksiya verib: “Hazırda Qarabağ döyüş bölgəsi deyil”. Necə yəni döyüş bölgəsi deyil? Məgər Dağlıq Qarabağdakı separatçıları tam tərksilah etmişik? Hərbçilərimiz 10 noyabdan sonra bir neçə dəfə anti-terror əməliyyatı həyata keçiriblər, itkilər vermişik və yeni toqquşmalar istisna deyil. Qarabağda qulluq edən hərbçilərimiz gələcəkdə də separatçıları təksilah edəcək və bu zaman mina risqi ilə üz-üzə qalacaqlar.
Deputat Fazil Mustafa plenar iclasda bir başqa mövzuya toxunub: “Bu gün ölkədə idman zallarının açılması məsələsini ən ali tribunadan qaldırırıq. Dəfələrlə də bu məsələni qaldırmışıq, amma reaksiya verən yoxdur. Bu yerlərdə çalışan əhali dolana bilmir. Artıq əhali arasında yoxsullaşma gedir”. Deputat bildirib ki, heç olmasa, cavabdeh qurumlar çıxıb desin ki, istəyirik əhali yoxsullaşsın, istəmirik idman zalları açılsın, məqsədə uyğun deyil: “Reaksiya versinlər. Biz məsələni burada qaldırırıq, burada da qalır”.
Spiker Sahibə Qafarova Fazil Mustafaya deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələyə münasibət bildirib: “İdman zallarının açılmamasının səbəbi pandemiyadır”. Yəni spiker deputata dolayısıyla irad bildirib ki, Operativ Qərargah vəziyyəti Sizdən yaxşı bilir".
Politoloqun sözlərinə görə, iİnsanları metronun niyə açılmaması da narahat edir, çünki avtobuslar dolub-daşır və yerüstü nəqliyyat vasitələri virusun yayılma mənbəyinə çevrilib:
"Məgər Operativ Qərargah bunun həll yolunu tapıb? İddia etmirəm ki, spiker hər çıxış edən deputatın sözlərinə haqq qazandırmalı və ya susmalıdır. Ancaq spiker həm parlamenti, həm də parlamentdə təmsil edən deputatları təmsil edir. Spiker qaldırılan hər iki məsələdə daha konstuktiv mövqe ortaya qoya bilərdi, yəni həm hərbçilərin maaşlarının niyə fərqli hesablandığını, həm də virusla bağlı yeni açılımların olub-olmayacağını aydınlaşdırmaq üçün müvafiq qurumların təmsilçilərini parlamentə dəvət edə bilər ki, deputatların suallarına cavab versinlər".
Mia.az
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb