Anar Kərimov Fransa Milli Assambleyasının üzvləri ilə müzakirə aparıb
23-02-2021 [17:30]
Fevralın 23-də Mədəniyyət naziri Anar Kərimov Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Mədəniyyət Nazirliyindən Mia.az-a bildirilib ki, nazir Azərbaycanla Fransa arasında əlaqələrin zəngin tarixi olduğunu bildirib. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqların, ölkələrimiz arasında imzalanmış sənədlərin əməkdaşlığın dərinləşməsinə böyük töhfə verdiyini diqqətə çatdıran Anar Kərimov qeyd edib ki, Azərbaycan Fransa ilə mədəniyyət sahəsində də münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verib.
Fransa Milli Assambleyasının üzvləri səmimi qəbula görə nazirə təşəkkürlərini ifadə edərək ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıblar. Qonaqlar ölkəmizlə əməkdaşlıq istiqamətləri sırasında mədəniyyət sahəsinə xüsusi önəm verdiklərini bildiriblər.
Görüş zamanı işğaldan azad olunan ərazilərdə tarixi və mədəniyyət obyektlərinin vəziyyəti barədə söz açan nazir qeyd edib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı təcavüzkar siyasət həyata keçirib və həmin ərazilərdə mədəniyyətlə bağlı bütün infrastruktur, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanlar erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdılıb. Eyni zamanda, təkcə ölkə daxilində deyil dünya miqyasında xristian irsinin qorunmasına töhfələr vermiş Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsi olaraq xristian dini mirasının və abidələrinin mənşəyindən asılı olmayaraq yüksək səviyyədə mühafizə edildiyini diqqətə çatdırıb.
Daha sonra iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin reallaşdırılması, mədəniyyət tədbirlərinin təşkili və bu barədə məlumatların Fransa mediasında da geniş işıqlandırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı əlaqələrin perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)