Tbilisidə müxalifətin mitinqi başa çatdı: "Çadırlarda qalacağıq" - Yenilənib + FOTO

img

23-02-2021 [18:45]


Gürcüstanın müxalifət partiyalarının Tbilisidə parlament binası önündə keçirdikləri mitinq yekunlaşıb.

Mia.az report-a istinadla xəbər verir ki, aksiyanın bəzi iştirakçıları ərazidə qalmaqda davam edirlər.

Onlar gecəni qanunverici orqanın binası qarşısında qurulan çadırda keçirəcəklərini bildiriblər.

Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulava da Rustaveli prospektini tərk etməyəcəyini deyib. Onun sözlərinə görə, müxalifət liderləri qrafik əsasında parlament qarşısında bir-birilərini növbəli şəkildə əvəzləyəcəklər.

Qeyd edək ki, bu gün saat 15:00-da hökumət binasının qarşısında başlayan mitinq daha sonra parlamentin önündə davam etdirilib. Aksiyaçılar Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Müxalifət fevralın 26-na yürüş-aksiya təyin edib.

***

Tbilisidə müxalifət partiyaları Gürcüstanın hökumət binasının qarşısında mitinq keçirirlər.

Aksiyada Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsinə etiraz bildirilir.

Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumata görə, binanın önündə Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Aksiyaçılar qanunverici orqanın qarşısında çadır qurublar/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR