QƏLBİN DƏ SƏSİ VAR...

img

22-02-2021 [21:31]


(Sosial şəbəkədə “Sevimli”lər Qrupunun idarəçisi, sevimlilərin sevimlisi, gözəl gəncimiz Rəna xanım, yeni yaşınız mübarək!)

***

...İkinci Vətən müharibəsi günləri idi. Qanlı-qadalı döyüşlər gedirdi. İşğalda olan ərazilərimiz alındıqca sevincimizin həddi-hüdudu olmurdu.

Hamımız ekran qarşısında oturub əsgər və zabitlərimizin qəhramanlığını izləyirdik. Sevincimizə ikiqat sevinc qatan isə qələbə müjdəsini Ali Baş Komandanımız cənab İlham Əliyevin dilindən eşitməyimiz idi. Belə bir sevincli günlərimizdə əziz bildiklərimizin, doğmalarımızın da zəfərə gedən yolda Şəhidlik Zirvəsinə ucalma xəbəri gəlirdi. Milli Ordumuzun baş leytinantı, əzizimiz Cavid Səfərlinin xəbəri kimi...

  ...Üzüntü və Zəfər sevincli günlərimizdə tanıdım dəyərli və kreativ düşüncəli gəncimiz Rəna xanımı! Qəlbinin Vətən sevgisi ilə, öz milli-mənəvi, əxlaqi dəyərləri, dost harayı ilə... 

Tanıdan kimi idi? Hansı şəraidə və necə tanıtdı?

Gecə idi, tanıdığım müəllim həmkarım Aynur Qənbərova zəng vurdu:

- Səxavət müəllim, olar bir söz soruşam?

- Buyurun!

-Bizim bir “Sevimli” Qrup var. Ora sızan məlumata görə, İmişlidən olan zabitimiz, bizim dostumuz Cavid Səfərli döyüşdə qəhrəmanlıq göstərərək şəhd olub. Nə məlumatınız var?

- ...

O gecə həyatımın ən unudulmaz və ağrılı gecəsi oldu. Cavid sorağı, Cavid sevgisi ilə qrupa gəldim. Otuz minə yaxın üzvü özündə birləşdirən, Vətənpərvərlik ruhlu, yüksək intellektli gənclərin olduğu bu qrupun məqsəd və məramı bir öyrədən, bir ədəbiyyat insanı kimi məni çox sevindirdi. İndi isə söhbətim həmin qrupun idarəcilərindən biri Rəna Məmmədova xanımdandır!

Peşə məşğuliyyətimiz eyni olduğundanmı, nədənmi, qrupda Rənanın fəaliyyəti diqqətimi daha çox çəkdi. Məktəb işi barədə fikir mübadilələrimiz də olur. Düşüncələri, fikirləri və paylaşımları səhfəsində və “Sevimli” Qrupunda çox təqdirəlayiqdir. Gənclik ruhu sağlam əqidə-amala, öyrətmək, sədaqətli və dostcanlı olmağa köklənib. Müasirlik,  bir Azərbaycan gəncinə, Azərbaycan xanımına məxsus dəyər və gözəllik onu tanıyan hər kəsə sevdirir.

Bu gün “Sevimli” Qrupumuzun sevimlisi, əziz Rəna xanımın doğum günüdür. Onu ürəkdən təbrik edirik! Peşə fəaliyyətində və şəxsi işlərində ürəyincə olan uğurlar onunla olsun! Rəna xanımın simasında ailə üzvlərinə, işlədiyi pedaqoji kollektivə və idarəçisi olduğu “Sevimli”lər Qrupuna da təbrik düşür.

Nə yaxşı ki, gənc Rənamız var və sevilir!

Səxavət Tağlar,

Əməkdar müəllim, yazıçı-publisist.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR