Masallıda həkimlərin maaşı verilmir - Baş həkimdən açıqlama

img

22-02-2021 [16:56]


"Yaxın günlərdə bütün maaş ala bilməyən işçilərin maaşı ödəniləcək".

Mia.az xəbər verir ki, bunu "RegionNews.az"a açıqlamasında Masallı rayon mərkəzi xəstəxananın baş həkimin əvəzedicisi Rasim Əzizov deyib.

O bildirib ki, həbs olunan baş həkimin istintaqı davam edir və bununla bağlı hələ ki, işlər davam etdirilir:

"Pandemiya ilə əlaqədar olaraq TƏBİB tərəfinin təsdiqləməsi gecikir. Amma yaxın günlərdə bütün işçilər əmək haklarını alacaqlar. Hətta biz göstəriş vermişik ki, kartlara maaşların vurulması gecikməyə davam edərsə, o zaman nağd şəkildə, yəni əllə vermik şərti ilə ödənilsin".

Qeyd edək ki, xəstəxananın baş həkimi Cəlil Nəzərov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR