MEDİA-nın İcraçı direktoru: "Yeni qanun layihəsi audiovizual, çap, onlayn medianı əhatə edəcək"

img

22-02-2021 [14:54]


“Media haqqında” yeni qanun layihəsi üzərində İşçi Qrup işini yekunlaşdırmaq üzrədir. Artıq müəyyən istiqamətlər bəllidir”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, artıq “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun qüvvədən düşməsi və Azərbaycanda yeni “Media haqqında” qanunun qəbul edilməsi prosesindəyik: ““Kütləvi İnformasiya Vasitələri haqqında” qanundan fərqli olaraq “Media haqqında” yeni qanun layihəsi Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək".

Onun sözlərinə görə, yeni qanun layihəsi audiovizual, çap, onlayn medianı əhatə edəcək: “Onlayn və çap media ilə bağlı kriteriyalar müəyyən olunacaq. Bundan əlavə audivizual mediaya lisenziyaların verilməsi, onlar barəsində reyestrin aparılması yeni qanun layihəsində əksini tapacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR