Dövlət Kukla Teatrının aktyoru xəstəxanaya yerləşdirilib - Açıqlama

img

22-02-2021 [15:08]


Yaşadığı mənzildə baş verən partlayış nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib ki, aktyorun vəziyyəti ağırdır.

Onun sözlərinə görə, C.Telman 5 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: “Hadisə hamam otağındakı su qızdırıcı cihazın partlaması nəticəsində baş verib. Aktyorun aşağı ətraflarında ciddi yanıq xəsarətləri var. Həkimlər hələ dəqiq söz demir və müalicə tədbirləri davam etdirilir”/Report.

***

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman xəstəxanaya yerləşdirilib. 

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, aktyorun yaşadığı mənzildə partlayış olub. 

Aldığımız məlumata görə, Cavid Telmanın vəziyyəti ağırdır. O, 5 saylı Şəhər Klinik Xəstəxanasnın  yanıq şöbəsində müalicə alır. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR