Cəlilabadda polis əməliyyatı: Bakı sakinində külli miqdarda narkotik aşkarlanıb

img

22-02-2021 [11:26]


Cəlilabad rayonunda Bakı şəhər sakinində külli miqdarda narkotik aşkarlanıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunmuş A.Rüstəmovla birgə Ocaqlı kəndinin ərazisində saxlanılıblar.

Avtomobilə baxış zamanı oradan 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR