Azərbaycanda toylarla bağlı vəziyyət... - Şadlıq evi sahibləri nə deyirlər?
21-02-2021 [17:56]
COVİD-19 pandemiyası ilə bağlı 1 ilə yaxındır şadlıq saraylarının bağlı olması sahibkarlarla yanaşı toy etmək istəyənlərin, cütlüklərin də günbəgün narahatlığının artmasına səbəb olur.
Bununla bağlı paytaxtın bir neçə şadlıq sarayları arasında sorğu keçirilib.
"Arena” şadlıq sarayının administratoru Əli bəy rezerv etmək istəyənlərin hələ də olduğunu bildirib:
"Şadlıq sarayımız bağlıdır. Toyla bağlı güclü müraciətlər yoxdur. Maraqlananlar da ancaq yay ayları üçün maraqlanırlar, əsas da aprel, iyun aylarına. Bir ara söhbət gedirdi ki, toyların keçirilməsinə icazə veriləcək, o ərəfədə müraciətlərin sayı artmışdı. Sözün açığı, indi elə deyil. Maraqlananlar isə ancaq aprel, iyun aylarını soruşurlar. Ümid edirlər ki, həmin vaxtı toyların keçirilməsinə icazə verilə bilər”.
"Xan sarayı” şadlıq evinin baş adminstratoru Vaqif bəy bildirib ki, rezerv etmək istəyənlər onları da çıxılmaz vəziyyətdə qoyurlar:
"Bizə nadir hallarda müraciətlər olur, uzağı 10 gündə bir dəfə kimsə maraqlana, ya yox. Amma rezerv etmək istəyənlər heç özləri də bilmirlər hansı ay üçün rezerv etsinlər. Bizdən soruşurlar ki, "nə vaxt icazə veriləcək?”, deyirəm "Vallah, Qərargaha gəlməmisiniz ki. Bura Qərargah deyil ki, mən sizə deyim nə vaxt olacaq”. Qərargah necə demədi ki, fevralın 1-i dərslər açılacaq, toyların keçirilməsi barədə də belə bir qərar versin ki, filan tarixdən şadlıq sarayları fəaliyyətini bərpa edir. Ondan sonra hamı xəbər tutacaq”.
"Şahənşah” şadlıq evinin administratoru Zaur bəy isə deyib ki, 50 nəfər qonağa görə şadlıq evində toy etməzlər:
"Müraciət edənlər, zəng edənlər var. Açığı mən heç indi işə də getmirəm. Arada gedib baş çəkib gəlirik. Faktiki olaraq işləmirik deyə, bu gün müştəriyə nəsə deyə bilmirsən. Maraqlananlar vəziyyəti soruşurlar. Biz də hamı kimi Operativ Qərargahın, TƏBİB-in qərarını gözləyirik ki, bizə bir xəbər versinlər nədir, nə deyil. Zəng edib rezerv etmək istəyənlər çoxdur. Əvvəlcə soruşurlar ki, "toylara icazə veriləcəkmi, vəziyyət necədi. Birdən qərar verilər, açılar. Sonradan biz də əl-ayağa düşüb axtarmayaq”. Mən də yalandan nə deyim?!. Açığı deyim, bizim keçən ildən qalan toylarımız var ki, mənim üçün əsas məsələ onlardır. Ən azından bir aylıq da toyların keçirilməsinə icazə veriləsi olsa, biz onları yerləşdirməliyik. Onların da işləri əllərində qalıb.
Söhbət gəzir, biri deyir martda icazə veriləcək, biri deyir apreldə, biri deyir Ramazan ayından sonrayadır. Hamı proqnoz verir, amma ortada konkret bir qərar yoxdur ki, biz də planlaşdırıb işimizi görək. Çıxılmaz vəziyyətdə qalırıq. Konkret bir qərar yoxdur, desinlər ki, bu il ümumiyyətlə toy olmayacaq, biz də işimizi bilək. 1 ilə yaxındır işləmirik, vallah heç soruşan da yoxdur ki, "qardaş, siz necə dolanırsınız?”. Müşştərilərim var idi ki, xaricə getməli idilər, tələsik zəng etdilər ki, "Zaur müəllim, biz daha toy edəsi olmadıq. Məcbur kiçik kampaniya etdik”. Amma eləsi də var ki, deyir "Bir övladım var, mən onun toyunu görmək istəyirəm”. Biri çıxır deyir 50 nəfərlə… 50 nəfərlə toy necə olar?! 500-600 nəfərlik zalda 200 nəfərlə toya icazə versinlər. Heç olmasa bir 100 nəfər qız evindən olanda, 100 nəfər də oğlan evindən olsun. Adicə özümüzdən götürək, mənə sual verirlər ki, "50 nəfərlə olacaq?”. Deyirəm, şəxsən mən toy edəsi olsam, elə evimin içi 50 nəfərdir. 50 nəfərə görə mən neynirəm gedim restorana o qədər xərc çəkim. Reallıq budur!” (Milli.Az)
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR