“Kontakt Home” alıcıya xarab telefon satıb: "Zəmanət talonu da işə yaramır, deyirlər ki..." - Ekspertdən şərh

img

21-02-2021 [17:07]


Sosial şəbəkələrdə vətəndaşlar tez-tez məişət avadanlıqlarının, eləcə də telefon və komputerlərin satışı ilə məşğul olan şirkətlərin xidmətlərindən razı qalmadıqları ilə bağlı paylaşımlar edirlər.

Əsas problemlərdən biri satın alınan malın problemli olduğu halda şirkətin müxtəlif formada məsuliyyəti öz üzərindən rədd etməsidir. Bu kimi problemlər Bakı şəhəri ilə yanaşı bölgə filallarının satdığı mallarda da özünü göstərir. Müştəri müraciət etdikdə baş ofisə müraciət etməli olduqları bildirlir.

Vətəndaş Amil Hadiyev də “Kontakt Home”dən narazıdır. O bildirir ki, sözügedən şirkətdən telefon alıb, lakin mal deffektlidir, şirkət isə ona lazımı xidməti göstərmir:

“Şirkətdən telefon aldıqda verilən vədlərlə sonradan problem yaranan halda dediklərir üst-üstə düşmür. Əlavə zəmanət talonu verilib. Amma o talon demək olar ki, işə yaramır. Telefonu istifadə etmək mümkün olmur. Müraciət etdikdə isə şirkət deyir ki, 14 günü keçdiyi halda qaytarmaq mümkün deyil. Yalnız alıb yoxlaya bilərik, bizlik problem olsa 14 gün müddətində təmir edib geri qaytaracağıq, əks halda siz ödəniş edəcəksiniz.

Birincisi problem təbii ki, onlarlıqdır. Telefon yerə düşməyib, zərbə almayıb. Aldığım müddətdən bir həftə sonra öz-özündən tez-tez sönüb yanır, donur, zəng etmək mümkün olmur, axtarış sistemlərinə girib şəxslərə mesajlar göndərir. İkincisi əgər servisə aparıb versəm 14 gün müddətində nə istifadə etməliyəm? İşim telefondan asılıdır. Ən pis halda şirkət telefonun üstündə pul tələb etməklə dəyişməlidir. Amma bunu da etmirlər. Rəsmi qaydada danışıb sadəcə başlarından edirlər. Və ya onların təklifi yararsız olur. Özlərinə sərf edən təklifi edirlər. Müştərini düşünmürlər”.

Mövzu ilə bağlı hüquqşünas ekspert Əkrəm Həsənov “regionnews.az”a danışarkən bildirdi ki, əslində qoyulan müddət 14 gün yox, daha çox olmalıdı:

Картинки по запросу

“Bu müddət ərzində alınan malda problem çıxarsa, ticarət şəbəkəsi onu dəyişdirməli, geri götürməlidir. Əlbəttə, baş verən problem vətəndaş tərəfindən yaradılmayıbsa. Yəni sınmayıbsa, texniki zədə almayıbsa, bu zaman mütləq əvəz olunmalıdır. Əgər problem müştəri tərəfindən yaranmayıbsa, o zaman  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətininə (AİBNDX)  müraciə edə bilər. Həmin xidmət vətəndaşın hüquqlarını müdafiə edir. Həmin ticarət şəbəkəsindən tələb edir ki, vətəndaşın hüquqları bərpa olunsun. Bu yerinə yetirilməzsə, o zaman məhkəməyə müraciət edilə bilər. Amma aydındır ki, vətəndaş 300-400 manatlıq əşya üçün  məhkəməyə müraciət etməyəcək. Çünki hamımız bilirik ki, bu variant daha baha başa gələcək. Dövlət AİBNDX –i ona görə yaradıb ki, ətəndaşlar məhkəmələrdə vaxt itirməsinlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR