Gələn ilin astroloji proqnozu: 2014-cü ildə Azərbaycanı təlatümlər gözləyir

img

18-12-2013 [00:26]


Artıq 2013-cü il yekunlaşmaq üzrədir. Astroloji hesablamalara görə, İlan ili öz yerini At ilinə verməyə hazırlaşır. Amma astroloqlar ilin təqvim üzrə - yanvar ayında deyil, martın ikinci yarısında dəyişəcəyini bildirirlər. Yəni, qarşıdakı üç ay ərzində də, İlan ilinin "qayda-qanun"ları hökm sürəcək. Bəs, At ilində bizi nələr gözləyir? Əsasən, gərginlik və problemlərlə yadda qalan İlan ilindən fərqli olaraq, At ilində hansısa müsbət hadisələr baş verəcəkmi? Tanınmış astroloq Hacı Firudin Qurbansoy bu və ya digər suaları cavablandırır:

- 2014-cü ilin 20 mart tarixində, Bakı vaxtı ilə saat 17:57 dəqiqədə Günəş Qoç bürcünə daxil olacaq və bununla da, Azərbaycanda da At ili başlayacaq. Yəni, il dəyişməsi olacaq, İlan ili öz yerini At ilinə verə-cək.
Amma o vaxta qədər İlan ilidir. Hələ bundan sonra üç ay da onun təsiri altında yaşayacağıq.
Onu da nəzərə çatdırım ki, bu il hələ də öz məkrini sona çatdırmayıb. İlan ili öz gərginliyi, problemləri ilə seçilir və bu problemlər fonunda insanların psixikasına hələ üç ay da təsir göstərəcək.
2014-cü il isə Göy At ilidir. Əslində, bizim cədvəllərdə rəng məvhumu yoxdur, çinlilər bu rəngdən istifadə edirlər.
Onlarda beş ünsür var. Havanın yerinə metal və ağac əlavə ediblər, beləliklə də, beş ünsür yaranıb və onların da hərəsinin öz rəngi var. İllər üzrə də hər dəfə bu rənglər dəyişir. Bizdə isə rənglər önəmli de-yil.
İllərin xarakterik xüsusiyyətlərinə gəlincə, hər ilin özüməxsus xüsusiyyətləri olur.
At ilinin İlan ilindən də fərqi var. İlan ilində ağıllı adamlara daha çox ehtiyac var idisə, At ilində ağıllılara elə də ehtiyac duyulmur. Yaxşı olar ki, insanlar özlərini çox da ağıllı göstərməsinlər. Başqa sözlə, At ili ağıllı adamların ili deyil, onlar bu il daha çox əziyyət çəkəcəklər.

- Qarşıdan gələn ildə bizi nələr gözləyir?

- İnşallah, Azərbaycan ərazisində hərbi əməliyyatlar olmayacaq. Ümumi gərginlik, hislərin coşması ola-caq, amma bu, partlayış səviyyəsinə yüksəlməyəcək.
İlan ilinin sonlarından başlayan bahalıq inersiya ilə 2014-cü ildə də davam edəcək, ucuzlaşma haqda isə söhbət gedə bilməz.
At ilində insanlar hislərini açıq büruzə verəcəklər, azadlıq arzularını dilə gətirəcəklər. Təkcə Azərbaycan-da deyil, bütün dünyada insanlar hislərini, narazılıqlarını gizlətməyəcək, mövqelərini açıq şəkildə ortaya qoyacaqlar.
Ümumiyyətlə, at sevir ki, onu idarə eləsinlər, amma, eyni zamanda, sərbəst yaşamağı da xoşlayır.
İnsan da sərbəst olmaq istəyir, amma böyük əksəriyyət bunun səbəbini bilmir. Bu mənada, insanları idarə edən adamlar həddən artıq həssas olmalıdırlar. Çünki bu il hislərin coşan ilidir.
İlan ilinə nisbətən At ilində ağıl yox, hiss aparıcı mövqedə dayanacaq. Yəni, ağıllı adamların işi At ilində yaxşı getməyəcək.
2014-dən böyük kəşflər də gözləməyə dəyməz. Böyük kəşflər 2013-cü ildən 2014-cü ilin mart ayına qə-dər ola bilər, amma ondan sonra bu sahədə uğurlar gözlənilmir.
İnsanlar idmanda uğur qazana bilərlər. Ədəbiyyatda, incəsənətdə də irəliləyişlər əldə etmək mümkün-dür. Amma fəlsəfə, riyaziyyat, astrologiya, astronomiya və dəqiqlik tələb edən digər sahələrdə böyük uğurlar olmayacaq. Məsələn, kompüter texnologiyası sahəsində ciddi yenilik baş verməyəcək.
- Firudin müəllim, deyirsiniz ki, At ili insanların hislərinin coşan ilidir. Ќəzərə alsaq ki, ölkəmizdə baş verən qiymət artımı, sosial problemlərin çoxalması davam edir, bu mənada, At ilində təlatümlü hadisələr yaşana bilərmi?
- Mart ayına qədər hər hansı təlatüm, kütləvi narazılıq gözlənilmir. Qeyd etdiyim hiss ili mart ayından sonra başlayacaq. Yəni, marta qədər insanlar daha çox ağılın təsiri altındadır, hislərini cilovlaya bilirlər.
Ölkədəki problemlərlə bağlı təlatümlərə gəlincə, bu, mart ayından sonra baş verə bilər. At ilində ağıl yox, hiss hakim kəsildiyindən, insanlar hisləri ilə hərəkət edirlər. Belə olduqda isə, siz deyən təlatümlərin baş verməsi mümkündür.
- Amma bəzən inqilabları da ağıllı adamlar etmirlər...
- Ağıllı adamlar prosesləri istiqamətləndirirlər. Hislərini cilovlaya bilməyən, hislə hərəkət edən, coşan in-sanlar isə inqilabları icra edirlər. Həmin insanlar da fədakarlar olurlar.
- Yəni, gələn il bizi inqilab da gözləyir?
- Ağlın hakim olmadığı bir şərait yaranacaq. Ağılın hökmündən kənar hadisələr də həmişə pis nəticələr verir. Məsələ ondadır ki, At ilində ağıllı adamların sözünə əhəmiyyət verməyəcəklər.
Hətta evdə də təcrübəsi az olan birinə yol göstərmək istəsən, sənə fikir verməyəcək, öz bildiyini edə-cək.
Müəllimlərlə tələbələr arasındakı münasibətlərdə də gərginlik yaşanacaq.
- Belə başa düşdüm ki, gələn ilin martından sonra ölkədə qarışıqlıq ola bilər?
- Qarışıqlıqdan heç kəs sığortalanmayıb. Amma bizim cəmiyyətimiz, mümkün qədər sakitliyin olmasını istəyir.
Dünyada, ətrafımızda baş verən prosesləri izləyirik, bilirik ki, bu saat hər hansı qarşıdurmanın arxasında başqalarının barmağı var. Massonlar hansısa xalqın içində qarşıdurma yaradıb, öz əsgərini ora salmadan milləti bir-birinə qırdırırlar. İstər Misirdə, istər Suriyada, istərsə də başqa bir müsəlman ölkəsində, görürsən ki, əcnəbi ölkənin müdaxiləsi olmadan daxildən özlərini məhv edirlər.
Avropada da, Amerikada da artım yoxdur, öz əsgərlərini hansısa ölkə ilə müharibədə qırğına verərək, nəsillərini tükəndirmək istəmirlər. Ona görə də elə yol seçirlər ki, ölkə daxilində gərginlik yaranır və tərəflər özləri-özlərini məhv edirlər. At ilində insanları bu kimi təxribatlara çəkmək üçün daha münbit şərait yaranır. Allah eləməsin ki, Azərbaycanda belə hadisələr baş versin.
- Hər halda, mövcud vəziyyət hər kəsə bəllidir. At ilində Azərbaycanda vətəndaş qarşıdurmasının olması nə qədər mümkündür?
- Azərbaycanda vəziyyət bir qədər fərqlidir və burda heç bir qayda yoxdur. Azərbaycanın özünəməxsus xarakteri, öz qaydaları var və bütün proseslər ona uyğun gedir.
Çox çətin sualdır, mən bu suala konkret cavab verə bilmərəm. Bunun üçün çox fikirləşmək lazımdır. Ona görə də nə "hə", nə də "yox" deyə bilmirəm.
- At ilində Qarabağ probleminin həlli istiqamətində hər hansı dəyişiklik gözlənilirmi? Ümumiyyətlə, Əjdaha ilində yaranan konfliktlərin At ilində çözülmə imkanları nə qədərdir?
- Bu elə bir problemdir ki, onu yaranmamışdan əvvəl həll eləmək olardı. Düzdür, yenə də həlli mümkündür. Allah eləsin ki, problem tezliklə həllini tapsın.
Astroloji baxımdan heç kəs təyin edə bilməz ki, bu problem nə vaxt, necə həll olunacaq. Amma bir mə-sələ var, əgər sən bir problemi həll eləmək istəmirsənsə, yüz il də keçsə, At ili olmur, hansı il olur-olsun, məsələ həll olunmamış qalacaq. Sadəcə, astroloji göstəricilərə görə, hansısa problemin həlli üçün uğurlu vaxtlar olur.
- Firudin müəllim, son illər ərzində siyasi baxımdan dünya düzənində xeyli dəyişikliklər olub. 2014-cü il-də hansısa dəyişikliklər gözlənilir?
- Dünya düzənində çox ciddi dəyişikliklər olmalıdır. Çünki dünyanın siyasi xəritəsini tamam başqa cür rəngləmək istəyirlər və o istiqamətdə də çox ciddi işlər gedir. Azərbaycan da öz ərazisini, xalqını təhlü-kədən qorumağa çalışır. Amma deyə bilmərəm ki, buna nə dərəcədə nail olurlar. Çünki bu, çox gərgin prosesdir.
İslam ölkələrində artım xristianlara və yəhudilərə nisbətən daha çoxdur. Bu da onları qorxudur. Ona görə də münaqişələr yaradırlar.
Digər tərəfdən də ekoloji pozuntu, ərzaq zəhərlənmələri, nəslin kəsilməsinə gətirən ərzaq əlavələrini müsəlman ölkələrinə ixrac edirlər.
Konfliktlər tarixinə fikir versək, görərik ki, ildən-ilə proseslər daha da gərginləşir. İsraildəkilər bir millət olaraq, dünyanın hər tərəfinə dağılmışdı, rəmzi olaraq bir dövlət qurmuşdular. Amma indi əhali çoxalır, istəyirlər ki, əraziləri bir az da genişlənsin. Bu səbəbdən də Fələstinin ərazilərini işğal edirlər. Burada, təbii ki, ərəblərin hüquqları tapdanır, dünya ictimaiyyəti də buna susur. Amerika kimi iblisanə bir dövlət də onu müdafiə edir. Əslində, bəşəri birlik olmalıdır. İnsanlar bilməlidir ki, nə haqdır, nə nahaqdır.
Odur ki, Şərqdəki qarşıdurmalar, müharibələr 2014-cü ildə də davam edəcək.
- Qeyd etdiniz ki, dünyanın siyasi xəritəsində dəyişikliklər ola bilər. Bu dəyişikliklər nəticəsində hansı dövlətlərin sıradan çıxarılması mümkündür? At ilində bu istiqamətdə gedən proseslər pik nöqtəsinə çata bilərmi?
- Massonların hədəfində Rusiyadır, onlar Rusiyanı dağıtmaq istəyirlər. Rusiyanın Ural hissəsini Amerika özünə götürmək istəyir, qalan hissəsini isə Avropanın superdövlətləri Çin və Yaponiya ilə bölüşməklə tamamilə parçalamağa çalışırlar.
Sonra da Rusiyanın nüfuz dairəsində olan ölkələri bölüşdürmək istəyirlər. 2014-cü ildə bu istiqamətdə atılan addımlar daha da intensivləşəcək.
At ilinin xüsusiyyəti var ki, insanların hislərini coşdurmaqla nəyəsə nail olsun. Hesab edirəm ki, Qərb dünyası 2014-də bu istiqamətdə səylərini daha da artıracaq. Düzdür, bu istiqamətdə atılan addımlar pik nöqtəsinə çatmayacaq, amma bir sıra ciddi hadisələr baş verəcək.
- Hazırda Rusiya Avrasiya İttifaqı yaratmaq istəyir. Astoroloji hesablamalar bu ittifaqın yaranmasını mümkün sayırmı?
- Xeyr. Rusiyanın bu istəyi baş tutmayacaq. Çünki Rusiyanın buna nə mənəvi, nə iqtisadi, nə də fiziki gücü çatmır. Yəhudilər Rusiyanı elə günə qoyublar, onlar, çətin ki, bundan sonra sərbəst nəfəs ala bilsinlər. Yəni, At ili Rusiya üçün çətin il olacaq.
- At ili təbii fəlakətlər də vəd edirmi?
- Bəli. Qarşıdan gələn il təbii fəlakətlər olacaq. Xüsusən də su ilə bağlı hadisələr üstünlük təşkil edəcək. Subasmalar, daşqınlar il boyu müşahidə olunacaq.
Dənizdə də çoxlu qəzalar baş verəcək. Zəlzələlər də olacaq. Bu cür təbii fəlakətlər, bütün dünyada da, Azərbaycanda da baş verəcək.
Qiymət artımı, bahalıq olacaq. Ərzaqla bağlı problemlər yaşanacaq, qıtlıq müşahidə ediləcək.
- Qarşıdan gələn ili hansı illərə, hansı bürclərə düşərli saymaq olar?
- At ilinin Qoyun, İt, Öküz, Toyuq illərinə münasibəti çox yaxşıdır. Qeyd etdiyim illərdə anadan olanlar At ilində özlərini müəyyən qədər sərbəst hiss edəcək, problemlərini daha rahat şəkildə yoluna qoya bilə-cəklər.
İlin axarını bilib işini elə qurmalısan ki, sənə ziyanı olmasın. Əgər At ilində əsasən hislər önə çıxacaqsa, ona uyğun addımlar atmalısan.
Ümumiyyətlə, ilin aparıcı bürcü, ili hansıdır, qarşıdan gələn il kimlərə düşərli olacaq, - kimi suallar vermək doğru deyil.
Hansı rəngdə paltar geyinmək, hansı əşyanı üzərində gəzdirməklə bağlı proqnozlar da yanlışdır.
Düzdür, hər bir ilin, bürcün özünü daha rahat hiss elədiyi illər və bürclər var. Ancaq unutmaq lazım deyil ki, hər şey Allahın hökmü ilə baş verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR