Müğənni ilə aparıcı arasında qalmaqal: "Afaq, sən özün toylara 4000 manata gedirsən..."

img

20-02-2021 [17:05]


Bir neçə gündür müğənni Xatirə İslamın efirə çıxmaq üçün qonorar istəməsi müzakirələrə səbəb olub. Aparıcılar tərəfindən günlərdir qınanan Xatirə aparıcı Afaq Gəncəli ilə qalmaqal yaşayıb.

Aparıcının “Xatirə toylardan qazanır, efirə çıxmağa görə pul istəməsi yersizdir” fikri müğənni Xatirəni özündən çıxarıb:

"Afaq, sən özün toylara 4000 manata gedirsən. O, zaman ATV-də veriliş apararkən maaş və qonarar almırsan? Ordan qonarar alırsansa, o zaman o verilişdə olan sənətçi də qonarar almalıdır. Çünki sən o verilişdə bəzənib-düzənib istədiyin kimi müğənnni sındırıb, qaldıra bilrsən. Müğənni də gəlib orda üç saatdan çox vaxtını sərf edir. Alınmır, bir də çəkirsiz. Hələ bilinmir müğənni o verilişdən çıxanda necə çıxacaq. Əgər sən o müğənnini xoşlayırsansa vurmayacaqsan, xoşlamırsansa, hardasa iynələyəcəksən. Demisən ki, “bunu dünya ulduzları edər”. Dünya ulduzlarından nəyimiz əskikdir ki?”


Digər xəbərlər
SON XƏBƏRLƏR