XOCALI HƏQİQƏTLƏRİ VƏ QARABAĞ ZƏFƏRİ...
20-02-2021 [14:44]
“İlin müəllimi” müsabiqəsinin qalibi, “Tərəqqi” medallı tanınmış pedaqoq Leyli Əliyeva: “Xocalı həqiqətlərini dünyaya çatdırmalı, Qarabağ Zəfərinin sonsuz sevincini yaşamalıyıq”
***
İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin müəllimi olaraq, Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı “Microsoft Teams” platforması üzərindən Qarabağ müharibəsi veteranları və gənc məktəbli yazar Sevindik Nəsiboğlu ilə görüş keçirdim. Vətən Müharibəsi qəhrəmanları haqqında silsilə yazılar müəllifi Sevindik Nəsiboğlunun Xocalı faciəsi haqqında fikirləri şagirdlərimiz tərəfindən maraqla qarşılandı. Sonra gənc istedad Xocalıya aid yazdığı şeirləri oxudu.
İkinci qonağım I və II Vətən Müharibəsi iştirakçısı, cəsur döyüşçü, Xocalı hadisələri gözləri önündə olan Rizvan Əliyev oldu. O, bizə Xocalı hadisələrinin amansızlığı və xalqımızın qəhrəman oğulları - Milli Qəhrəmanlar Bəxtiyar Aslanov və Əlif Hacıyevin döyüş yolları barədə xatirələrini danışdı. Eyni zamanda, Xocalı fədailəri Yaşar Hacıyev, Cavanşir Həsənov, ikinci Qarabağ müharibəsində çiyindaş olduğu Kamran Muradxanlı, Məmmədxan Muradxanlı qardaşları və Toğrul Həsənovun cəsurluğu barədə geniş məlumat verdi.
Döyüşçünün xatirə və məlumatları, düşmənə nifrət hissləri şagirdlər tərəfindən sevgiylə qarşılandı. Sonra Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarının reallaşmasını əks etdirən iradəni və Milli Qəhrəmanımız Əlif Hacıyevin həyat və fəaliyyətini əks etdirən videomateriallar təqdim edildi.
Həmin gün məktəbimizin məzunu ikinci Vətən Müharibəsi iştirakçısı, qəhrəman döyüşçü Bayandur Fərmanlı canlı olaraq şagirdlərin görüşündə oldu, Qarabağ Zəfəri barədə onlara təəssüratını danışdı. Biz hər zaman Xocalı həqiqətlərini dünyaya çatdırmalı, Qarabağ Zəfərinin sonsuz sevincini yaşamalıyıq!
Leyli Əliyeva,
İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin biologiya müəllimi
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb