Bakı ilə Dubay arasında uçuşlar bu tarixdən bərpa olunacaq

img

19-02-2021 [14:25]


“Azərbaycan Hava Yolları” QSC (AZAL) martın 1-dən etibarən Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirəcək. Uçuşların sayı həftədə dörd dəfə nəzərdə tutulub.

AZAL artıq biletləri satışa çıxarıb.

“Fly Dubai” aviaşirkəti isə martın 2-dən etibarən Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirəcək. Martın 2-dən etibarən həftədə üç dəfə, martın 18-dən isə aviareyslər hər gün olacaq.

Qeyd edək ki, Azərbaycan martın 17-dən koronavirus pandemiyası səbəbilə Birləşmiş Ərəb Əmirliklərinə müntəzəm reyslərini dayandırıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA