Daha bir Qarabağ döyüşçüsünə vəzifə verildi - İH-də şöbə müdiri təyinatı + FOTO

img

19-02-2021 [13:26]


İsmayıllı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

Mia.az xəbər verir ki, bununla bağlı icra başçısı Nahid Bağırov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Vətən müharibəsinin qazisi Novruzov Vüqar Əliağa oğlu RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin edilib.

Qeyd edək ki, V.Novruzov 1981-ci il tarixində İsmayıllı şəhərində anadan olub, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinin İdarəetmə mühəndisliyi ixtisasını bitirib. 17 il Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edib. V.Novruzov “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley və “Vətən naminə” medalları ilə təltif olunub.

Vətən müharibəsi zamanı mayor rütbəsi ilə Murov yüksəkliyi, Talış və Suqovuşan kəndləri uğrundə gedən döyüşlərdə iştirak edib, Oktyabrın 19-da Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə yaralanıb, sol ayağını itirib. Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ailəlidir, üç övladı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA