Tələbələri təhqir edən kollec direktoru cəzalandırıldı: "Nərmin Qaralova işlətdiyi ifadəyə görə üzr istəyib və..." - VİDEO/FOTO

img

19-02-2021 [13:37]


Sosial mediada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb.

ADMİU-dan bildirilib ki, bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb:

"Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və burada kontekstdən çıxarılıb. Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb"/Report.

***

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.

Məlumata görə, artıq nazirlikdə bu istiqamətdə araşdırma işləri davam etdirilir.

Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda distant formada keçirilən imtahan zamanı ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova xanım tələbəni xoşagəlməz ifadə ilə təqdim edib/Report.

Həmin videonu sizlərə təqdim edirik…

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub