Baş prokurorun müavini Məhkəmə-Hüquq Şurasının üzvü seçilib

img

19-02-2021 [11:11]


Baş prokurorun müavini Heydər Məmmədov Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Şuradan bildirilib ki, hər iki şəxs 5 il müddətinə Məhkəmə-Hüquq Şurasının üzvlüyünə qəbul edilib.

H.Məmmədov Şurada səlahiyyət müddəti başa çatan Baş prokurorun sabiq müavini Namiq Əsgərovu əvəzləyib.

Qeyd edək ki, hazırda Şurada H.Məmmədovla yanaşı ədliyyə naziri Fikrət Məmmədov (sədr), Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Sumqayıt Kommersiya Məhkəməsinin sədri Xəqani Tağıyev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov təmsil olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA