Daha 428 erməni hərbçinin cəsədi DNT analizinə verilib 

img

18-02-2021 [14:12]


Ermənistan ordusunun 44 günlük döyüşlərdə ölən hərbçilərinin meyitlərinin məhkəmə-tibbi ekspertizasının aparılması davam edir.

“Aysor” xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3 577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. Onların 2 364-nün adları açıqlanıb.

Noyabrın 13-dən fevralın 17-dək Qarabağda aparılan axtarış nəticəsində 1 485 nəfərin meyiti tapılıb.

Məlumata görə, fevralın 13-dən 428 nümunə DNT analizindən keçmə mərhələsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Tiqran Avinyan 44 günlük döyüşlərdə ölən Ermənistan hərbçilərinin sayının 4 mindən çox olmadığını bildirmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA