Nazirlik gücləndirilmiş iş rejiminə keçib - Hava ilə bağlı

img

17-02-2021 [21:32]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumları 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. 

Nazirlikdən verilən məlumata görə, tabeli qurumlara xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib. 

Bura məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili üzrə müvafiq tədbirlərin görülməsi daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA