Putin Paşinyanla Qarabağla bağlı müzakirə aparıb - Kreml açıqlama yaydı

img

17-02-2021 [20:06]


Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti zamanı Qarabağla bağlı razılaşmaların icra vəziyyəti müzakirə olunub.

TASS xəbər verir ki, bu barədə Kremlin açıqlamasında deyilir.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağa dair 2020-ci il 9 noyabr tarixli bəyanatının, həmçinin 2021-ci ilin 11 yanvar tarixində Moskva şəhərində keçirilmiş üçtərəfli sammitdə əldə olunmuş razılaşmaların yerinə yetirilməsilə bağlı əməli məsələlər müzakirə olunub”, - Kremldən bildirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA