BMT-nin Baş katibi: "Peyvəndin dünyada bölüşdürülməsi haqsız və qeyri-bərabər aparılır"

img

17-02-2021 [19:22]


Koronavirusa qarşı peyvəndin dünyada bölüşdürülməsi haqsız və qeyri-bərabər aparılır ki, bu da pandemiyaya qarşı mübarizəni xeyli çətinləşdirə bilər.

Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının videoformatda keçirilən iclasında bildirib.

“İnsanların hər yerdə mümkün qədər tez peyvənd olmaq imkanına malik olmaları üçün hər şeyi etməliyik. Amma peyvəndlə bağlı irəliləyiş xeyli dərəcədə qeyri-bərabər və ədalətsizdir”, - deyən təşkilat rəhbəri indiyədək edilmiş peyvəndlərin 75 faizinin cəmi 10 ölkənin payına düşdüyünü, 130 ölkəyə isə bircə doz da çatmadığını dilə gətirib.

A.Quterreş həmçinin koronavirusa qarşı dünyada peyvəndləmə ilə bağlı xüsusi qrup yaratmağı G20-yə təklif etdiyini də açıqlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA