Dəhşətli qətlin təfərrüatı: gözdən əlili öldürənlə bağlı qərar verildi

img

17-02-2021 [16:00]


Şəki Apellyasiya Məhkəməsində 1-ci qrup əlili öldürən Orxan Yusiflinin şikayətinə baxılıb.

Məlumata görə, hakim İmanverdi Şükürovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib və O.Yusifli barədə hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, O.Yusifli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

O, xüsusi amansızlıqla, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı quldurluq məqsədilə öldürmə əməllərində təqsirli bilinib.

Hadisə 2020-ci ilin yanvar ayında Şəki şəhərində yerləşən fərdi yaşayış evində baş verib. 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub.Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsi müəyyən edilib və o, tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, O.Yusifli gözdən əlil E.Səmədovun Türkiyəyə getmək istəməsi barədə məlumatlı olub. Onun üzərində iki telefon və 3 bank kartı olduğunu bildiyi üçün öldürərək ələ keçirmək istəyib. Bu məqsədlə Eyvazı aldadaraq onu dayısına məxsus tikintisi tam başa çatdırılmamış və yaşayış olmayan evə apararaq, ikinci mərtəbədən onu yerə itələyib. Daha sonra qabaqcadan evin ikinci mərtəbəsinə qaldırıb hazır vəziyyətdə qoyduğu 3 ədəd mişar daşını (kubik) onun üzərinə doğru atıb. Məqsədinə tam nail olmaq üçün E.Səmədova çoxsaylı bıçaq zərbələri də vuraraq öldürüb. Daha sonra ona məxsus iki mobil telefon və 3 bank kartını götürüərək hadisə yerini tərk edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR