Direktor məktəbli qızın başındakı hicabı yerə atıb?

img

17-02-2021 [13:57]


Abşeron Rayon Təhsil Şöbəsi Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın məktəbli qızın başından hicabını açaraq yerə atması ilə bağlı xəbərə münasibət bildirib.

Təhsil Şöbəsindən bildirilib ki, məktəbdə baş verən hadisə ilə bağlı iddialar təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb:

“Məlum olub ki, iddialarda adı hallanan 7-ci sinif şagirdinin valideyni Q.İ. ilə direktor arasında heç bir insident yaşanmayıb. Valideynin məktəbdən və məktəb rəhbərliyindən heç bir şikayəti yoxdur. Sinif rəhbəri valideyn və şagirdlə görüşüb və növbəti dərs günündən şagird məktəbdə tədrisə davam edəcək”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA